Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sertifikat xidmətlərinin göstərilməsi qaydalarında dəyişiklik edilib

Sertifikat xidmətlərinin göstərilməsi qaydalarında dəyişiklik edilib

Tarix: 7 Sentyabr 2019 10:04

Bakı. İlhamə İsabalayeva - Trend:

Nazirlər Kabinetinin təsdiqlədiyi “Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edilib.

Trend-in məlumatına görə, qaydanın indiyədək olan variantına əsasən, təqdim olunmuş sənədlər düzgün olduqda, müraciət etmiş şəxslə Mərkəz arasında yazılı müqavilə bağlanılırdı.

Yeni dəyişikliklərə əsasən, müqavilənin yazılı formada olması əsas şərt olmayacaq.

Bundan başqa, indiydək hazırlanmış sertifikat kağız daşıyıcıda və elektron formada imza sahibinə təqdim edilirdi. İndi isə sertifikat kağız daşıyıcıda və ya elektron formada imza sahibinə təqdim edilə bilər.

Sənədə edilən yeni əlavəyə əsasən, imza sahibi sertifikatın qüvvədə olma müddəti başa çatanadək, yeni sertifikatın alınması üçün Mərkəzə elektron müraciət edə bilər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Sertifikat xidmətlərinin göstərilməsi qaydalarında dəyişiklik edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ