Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2022 16:40
Ukraynanın Əməkdar artisti Svetlana Loboda ölkəsindəki müharibə şəraitindən yazıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçı dəhşətli və yuxusuz günlər keçirdiyini bildirib. O vurğulayıb ki, heç vaxt olmadığı qədər qorxur:
"Hər dəfə yaxınlarımla əlaqə saxlayanda qorxum nə sözə, nə ürəyimə sığır. Hər şey mənasını itirib, həyat tərsinə çevrilib. Allahım biz də kiminsə anası, övladlarıyıq. Nə qədər göz yaşı töküldü, nə qədər göz yaşı töküləcək. Bizə yalnız sülh lazımdır".
Loboda bildirib ki, onun üçün hər şey mənasını itirib. Hazırda isə ancaq oturub dua edir.