Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2022 20:08
Dünyaca məşhur artistlər öz rəsmi sosial şəbəkə hesablarında Ukraynada gedən hərbi əməliyyatlarla bağlı paylaşımlar etməkdə davam edirlər.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, britaniyalı müğənni, pianoçu və bəstəkar Elton Con qeyd edib ki, onun QİÇS Fondu 20 ildən çox Ukrayna əhalisinin ən həssas təbəqələrini dəstəkləyib. Conun sözlərinə görə, Ukrayna xalqı bu dəhşəti yaşamağa layiq deyil.
Pop-kraliça Madonna Ukraynada davam edən hərbi əməliyyatlarla bağlı bir neçə paylaşım edib. Onun paylaşımlarının əsas ismarışı Ukraynaya dəstək və qaçqınlara kömək etmək çağırışından ibarətdir. "We stand by the Ukraine" - əlində Ukrayna bayrağı tutduğu fotosunu instaqramda paylaşan müğənni yazıb.