Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Finlandiya NATO-ya yaxınlaşır - VİDEO

Finlandiya NATO-ya yaxınlaşır - VİDEO

Tarix: 3 Mart 2022 14:12

Finlandiya parlamentində ölkənin NATO-ya mümkün üzvlüyü ilə bağlı ilk debat keçirilib. Bir neçə ay əvvəl ekspertlərin fikrincə, sualın belə formalaşdırılması ağlasığmaz idi.

Milli.Az Euronews-a istinadən xəbər verir ki, bununla belə, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları Finlandiya cəmiyyətini ayağa qaldırıb.

Bir neçə gün əvvəl Ukraynaya silah və hərbi sursat göndərmək barədə tarixi qərar qəbul edən Sanna Marin hökuməti deyir ki, debat Finlandiyanın NATO-ya üzv olub-olmaması ilə bağlı mövqeyinin geniş müzakirəsindən çox, siyasi partiyaların rəyinin sınağıdır.

Finlandiyada keçirilən son sorğuya əsasən, bloka qoşulmağı dəstəkləyənlərin sayı 30%-dən 53%-ə yüksəlib.

Robin, tələbə: "Mən əvvəllər NATO-ya bir qədər şübhə ilə yanaşırdım, amma indi Ukrayna ilə bağlı vəziyyət baş verəndən sonra mövqeyimi dəyişdim, daha çox NATO-ya meylli oldum. Amma nə baş verdiyini görməliyik".

Petri Tuomi-Niula, keçmiş diplomat: "Finlandiya digər Aİ dövlətləri ilə liberal-demokratik dəyərləri paylaşan Qərb ölkəsidir. Təbiidir ki, Aİ-nin təhlükəsizliyinin böyük hissəsini təmin edən qurum Finlandiyanın da təhlükəsizliyinə zəmanət verir".

Ötən həftə, cəmi bir neçə gün ərzində Finlandiyanın NATO-ya daxil olması ilə bağlı referendumun keçirilməsi ilə bağlı vətəndaş təşəbbüsü 50 mindən çox imza toplayıb. Bu, ölkənin qanunverici orqanında plebissit məsələsinə baxılması üçün artıq kifayətdir.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Finlandiya NATO yaxınlaşır VİDEO


RƏYLƏR