Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kosovo Çexiyanı udub, qrup lideri oldu

Kosovo Çexiyanı udub, qrup lideri oldu

Tarix: 7 Sentyabr 2019 19:12

Avro-2020-nin seçmə mərhələsində A qrupunun bir oyunu başa çatıb.

Qol.az-ın məlumatına görə, Kosovo doğma meydanda Çexiya ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Kosovo - Çexiya - 2:1
Qollar
: Şik, 16 (0:1), Muriqi, 20 (1:1), Voyvoda, 66 (2:1)

Bu qələbə ilə xalını 8-ə (4 oyundan) çatdıran Kosovo turnir cədvəlində 1-ci pilləyə yüksəlib.  2 oyundan 6 xal yığan İngiltərə 2-ci, Çexiya eyni xalla (4 oyun) 3-cüdür. Bolqarıstan və Monteneqro hərəyə 2 xalla 4-5-ci pillələri bölüşdürür.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 20:00-da İngiltərə - Bolqarıstan matçı başlayacaq .

 


Etiketlər:  Kosovo Çexiyanı udub qrup lideri oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ