Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanı defolt gözləyir - ''JP Morqan”

Rusiyanı defolt gözləyir - ''JP Morqan”

Tarix: 3 Mart 2022 19:32

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ölkənin beynəlxalq bazarda dollar və digər dövlət borcları üzrə defolt ehtimalını xeyli artırıb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "JP Morqan" analitikləri proqnoz veriblər.

Analitiklərin fikrincə, Rusiya bu ay 700 milyon dollardan çox dövlət istiqrazlarını geri almalıdır. Baxmayaraq ki, nəzəri cəhətdən borcunu ödəmək üçün kifayət qədər ehtiyatı olsa da, praktikada bəzi aktivlərin dondurulması və digər tədbirlər onun ödəmə qabiliyyətinə təsir edə bilər.

"ABŞ-ın Rusiya dövlət qurumlarına qarşı sanksiyaları, xarici ödənişləri məhdudlaşdırmaq üçün Rusiya daxilində əks tədbirlər və ödəniş zəncirlərindəki fasilələr Rusiyaya xaricdə istiqraz ödənişləri etmək üçün ciddi maneələr yaradır", - analitiklərin proqnozunda qeyd olunub.

Sanksiyaların Rusiyanın valyuta istiqrazları üzrə defolt ehtimalını əhəmiyyətli dərəcədə artırdığı bildirilib.


Etiketlər:  Rusiyanı defolt gözləyir Morqan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ