Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2022 21:46
Rusiya və Ukrayna humanitar dəhlizlərin təşkili üçün müvəqqəti atəşkəslə bağlı razılığa gəliblər.
Sonxeber.net Ukrayna mediasına istinadən bildirir ki, bunu Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib:
"Tərəflər müvəqqəti atəşkəs və hərbi əməliyyatların getdiyi bölgələrdəki yaşayış məntəqələrinin sakinlərinin təlxiyəsi üçün humanitar dəhlizlərin birgə təmin edilməsinə dair anlaşdılar", - Podolyak söyləyib.