Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Ukraynaya kəşfiyyat məlumatları verməkdə davam edir

ABŞ Ukraynaya kəşfiyyat məlumatları verməkdə davam edir

Tarix: 4 Mart 2022 08:42

"Rəsmi Vaşinqton Ukrayna tərəfini kəşfiyyat məlumatları ilə təmin etməkdə davam edir və onun hərbi potensialını gücləndirməyə çalışır".

Sonxeber.net "report"-a istinadən bildirir ki, bu barədə Pentaqon məlumat yayıb.

"Biz Ukraynanı kəşfiyyat məlumatları ilə təmin etməyə davam edirik. ABŞ-ın Kiyevi peyk şəkilləri ilə təmin etmək imkanlarına hava şəraiti mane olur. Vaşinqton Kiyevə yardım etməyə çalışır ki, Ukrayna özünü müdafiə etməyə davam edə bilsin", - məlumatda deyilir.

Məlumatda həmçinin deyilir ki, Ukrayna ərazisində amerikalı hərbçi yoxdur.

Ağ Evin sözçüsü Cen Psaki təsdiqləyib ki, ABŞ real vaxt rejimində Rusiya qoşunları haqqında kəşfiyyat məlumatları Ukraynaya ötürür.


Etiketlər:  ABŞ Ukraynaya kəşfiyyat məlumatları verməkdə davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ