Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2022 10:22
Rusiyalı aparıcı-aktrisa Tatyana Lazareva Kiyevdən öz ölkəsinə qayıda bilmir.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə aktrisa sosial şəbəkədə məlumat verib. O bildirib ki, hərbi əməliyyatlar başlamazdan əvvəl şəxsi işləri ilə bağlı Kiyevə gəlib:
"Oteldəyəm, Kiyevi tərk edə bilmirəm. Köhnə binadayam, divarları güclüdür. Burada özümü nisbi təhlükəsizlikdə hiss edirəm. Həyəcan siqnalı daimi səslənsə də, indiyə qədər sığınacağa düşməmişəm. Rusiyaya qayıtmağa heç bir imkanım yoxdur, taksi işləmir. Stansiyaya getmək problemdir, onun harada olduğunu bilmirəm, heç bir bilet yoxdur. Övladlarım mənim üçün narahatdırlar".