Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mehriban Xanlarovanın İrana girişinə qadağa qoyulub - ''Səbəbini bilmək istəyirdim''

Mehriban Xanlarovanın İrana girişinə qadağa qoyulub - ''Səbəbini bilmək istəyirdim''

Tarix: 4 Mart 2022 15:45

Sonxeber.net xəbər verir ki, Əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarova Moderator.az-ın suallarını cavablandırıb.
 
- Mehriban xanım, həm qadın, həm kişi işini görmək sizi yormur?
- Xeyr, yorulmuram, problemlərin böyüklüyü və kiçikliyi heç də onların mahiyyətindən deyil, ruhun kiçik və böyük olmasından qaynaqlanır. Ruh yüksəldikcə güclənər. Çünki yüksəklərdən aşağılar kiçik görünər. Dağlar yalnız ətəklərində vahimə yaradar, səmadan baxan üçün kiçik bir daş parçasına çevrilər. Mübarizədən kənarda olan insanlar bağçalarda yetişən güllər kimidir. Gözəl olsalar da kövrəkdilər, kökləri çox qısadır.
 
- Kişilərlə qadınların bərabər hüquqlara sahib olduğu bir cəmiyyət istərdinizmi?
 
- Bəli, hər zaman gender bərabərsizliyi ilə bağlı dəfələrlə sərt çıxışlarım olub. Ancaq Əfqanıstanla müqayisə edəndə öz ölkəmizə min dəfə şükür edirəm. Mən "Z" nəslinin nümayəndələrindən razıyam. Onlar öz haqqlarını və hüquqlarını tələb edə bilirlər. Yeri gələndə öz sözlərini deyirlər.
 
- Mehriban xanım nədən bezib usanıb?
 
- Bütün dünyada qadınlara qarşı zorakılığın olmasından və hegemonluq etməyə çalışan ölkələrin müharibələrindən. Macarıstan yazıçısı, Stefan Zveiqin çox gözəl bir sözü var. "Birisi barışı başlatmalıdır, savaşı başlatdıqları kimi".
 
- Mehriban xanım teatrı o vaxt tərk edərki...?
 
- Teatr mənim ikinci evimdir. Məni yaşadan sənətimdir, tamaşaçıların alqışıdır. Ordan məni yanlız və yanlız ölüm ayıra bilər. Başqa cür mümkün deyil.
 
- İnsan sevgisiz yaşaya bilər?
 
- Sevib-sevilmək hər kəsin haqqıdır. Bütün dünya psixoloqları deyir ki, xəstəliklərin öhdəsindən gələ bilmək üçün ən böyük güc sevgidir.
 
- Mehriban xanım, hansı azərbaycanlı aktyorla sevgi rolunu bölüşmək istərdiniz? Belə bir arzunuz nə vaxtsa olub?
 
- Heç vaxt olmayıb. Rejissor hansı rola məsləhət görübsə həmin rolu da professional şəkildə oynamışam. Xanım ağa rolunu oynamaq istərdim. Əslində sənətə gəldiyim gündən
etibarən bu günə qədər bütün rolları oynamışam.
 
- Sizcə teatrdakı qalmaqalların, intriqaların səbəbkarı, kimlər və nələrdir?
 
-Şəxsən mən özümə qarşı elə şey hiss etmirəm. Başqalarının nə düşündüklərini deyə bilmərəm. Məni yaxından tanıyanlar bilir ki, bütün həmkarlarıma bol-bol uğurlar arzulamışam hər zaman. Çünki, onlar bizim ölkənin sənət adamlarıdır. Nə qədər öndə olsaq bir o qədər ölkəmizi layiqincə təmsil edərik.
 
- İran niyə ölkəyə girişinizə qadağa qoyub?

 
- Bu məsələ ilə keçmiş Xarici İşlər Nazirinin vaxtında rəsmi olaraq müraciət etsəm də tutarlı cavab ala bilməmişəm. Hər dəfə mənə məktub gəlib ki, araşdırılır. Bu araşdırma nə qədər olar? Düşünürəm ki, mən milliyyətçi insanam! Mənim üçün vətən atadır, millətim anadır! Orada yaşayan soydaşlarımıza görədir yəqin. Mənim alnım açıqdır. Amma səbəbini bilmək istəyirdim. Yeni Xarici İşlər Naziri gələndən müraciət etməmişəm, çəkilişlərdən vaxtım olmayıb.
 
- Mehriban xanım, xalqa yaxın insansınız, daim onların problemlərini həll etməyə çalışırsınız. Bu xasiyyətinizdən sui istifadə edənlər olub?

 
- Xeyr, olmayıb. Əksinə mənə müraciət edən insanların problemlərini həll etməyə çalışarkən onların dualarından stimul alıram. Mənim həyatda bir qanunum var. Çarəsizin yanında olaraq, bütün güclərini səfərbər etmək! Rəhmətlik Səməd Vurğunun dediyi kimi, arxalıya arxa durma deməsinlər yamaqdı, arxasıza arxa dur ki, desinlər ki, dayaqdı.


Etiketlər:  Mehriban Xanlarovanın İrana girişinə qadağa qoyulub Səbəbini bilmək istəyirdim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ