Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycandan çıxışınıza ''STOP'' qoyulmasını belə öyrənin - VİDEO

Azərbaycandan çıxışınıza ''STOP'' qoyulmasını belə öyrənin - VİDEO

Tarix: 4 Mart 2022 19:06

Xaricə səfər etmək istəyən bəzi şəxslər yalnız hava limanına çatarkən ölkədən çıxışlarına stop qoyulduğu barədə xəbər tuturlar. Bunu xəbər ertəsinə hüquqşünas Şamil Paşayev deyib. O bildirib ki, son vaxtlar vətəndaşlar tərəfindən belə müraciətlər çoxalıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, halbuki, onlara qarşı tətbiq edilən bu qadağalar barədə əvvəlcədən məlumat verilməyib. Nəticədə həmin insanlar həm  maddi zərər, həm də vaxt itkisi ilə üzləşirlər.

Şamil Paşayev deyir ki, belə məhdudiyyətlər mərkəzləşmiş qaydada sistemləşdirilməlidir ki,vətəndaşlar bununla bağlı məlumatları həmin sitemdən öyrənə bilsinlər.

Hüquqşünas deyir ki, ölkədən çıxış qadağası şəxs hər hansı bir cinayətlə bağlı axtarışda olduqda, kredit, vergi və bir sıra bu kimi borcları yarandıqda tətbiq edilə bilər. Ancaq bütün bu məhdudiyyətlər  yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya qərarı əsasında mümkündür. Əks halda vətəndaşın inzibati məhkəməyə müraciət etmək hüququ var.

Milli.Az


Etiketlər:  Azərbaycandan çıxışınıza STOP qoyulmasını belə öyrənin VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ