Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya tarixinin ilk sikkələri

Dünya tarixinin ilk sikkələri

Tarix: 4 Mart 2022 21:20

Bəşəriyyət tarixinin ən mühüm ixtiralarından biri olan pul eramızdan əvvəl 7-ci əsrdə lidiyalılar tərəfindən icad edilib. 

Sonxeber.net Türkiyə mediasına istinadla xəbər verir ki, Anadolunun qərbində qurulan Lidiya mədəniyyəti Asiya ilə Avropa arasında ticarət mərkəzi idi. 

O vaxta qədər ticarət mübadilə yolu ilə aparılırdı, lakin Lidiya padşahının əmri ilə sikkələr zərb edilməyə başlandı. 

Tarixdə zərb edilən ilk sikkələr gümüş və qızılın qarışığı olub.

Anadoludan çıxan pul qısa müddətdə əvvəlcə Aralıq dənizi sivilizasiyalarına, sonra isə bütün dünyaya yayıldı. 

Anadoluda qurulan sivilizasiyaların padşahları üzərində öz şəkilləri olan sikkələr zərb etdilər. Pulların zərb edilməsi dövlətlərin güc və suverenliyinin simvolu hesab olunurdu. (publika.az)


Etiketlər:  Dünya tarixinin sikkələri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ