Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Həmin xalq artisti dayanmadan 3 dəfə mənə sillə vurdu, dedim ki, sizə ayıb olsun...”

“Həmin xalq artisti dayanmadan 3 dəfə mənə sillə vurdu, dedim ki, sizə ayıb olsun...”

Tarix: 5 Mart 2022 10:05

"İllər öncə bir aktrisa ilə seriala çəkilirdik. Adını çəkmək istəmirəm, tanınmış xalq artistlərindən biri idi. Mənim də 22 yaşım var idi. O xanımın hazırda kifayət qədər yaşı var. Həmin xanım mənə sillə vurmalı idi. Sillə vurmağın da texnikası var. Bu xanım dayanmadan üzümə 3 dəfə möhkəm sillə vurdu. Ona dedim ki, ayıb olsun sizə! Heyfinizi məndən çıxırsınız? Bəlkə də qısqanclıq hissi yaranmışdı onda. Mən onu öz vicdanı ilə başbaşa buraxdım. Hazırda özüm gənc olsam da, yeniyetmələrlə işləyirəm. Onlara aktyor texnikalarından düzgün istifadə etməyi də öyrədirik".
 
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktrisa-aparıcı Zümrüd Qasımova bildirib. O daha sonra əlavə edib.

"Nə yalan deyim, o vaxtdan sonra onunla rastlaşmamışam, heç vaxt qarşıma çıxmayıb. Qarşıma çıxsa da heç bir münasibətim olmaz. Sadəcə o mənim tələbəlik illərində, ilk addımlarımdan beynimdə qalan bir hadisədir" deyə aktrisa bildirib.
 Zümrüd Qasımova fəxri adlardan da danışıb.

"Sənətdə olan insanlar, aktyorlar, aktrisalar, rejissorlar bir o qədər də çox şey qazanmadıqlarına görə fəxri adlar onlar üçün çox önəmlidir. Sənət adamı alqışlarından, güllərdən başqa demək olar ki, heç nə qazanmır. Əlbəttə ki, fəxri adlar olmalıdır. Amma layiq olan, illərini bu sahəyə verən insanlar almalıdır fəxri adı. Teatrda oynayan aktyorları böyük kütlə tanımır, amma teatra gələn insanlar bilirlər ki, o hansı rolu oynayıb. Çox böyük sənətkarlarımız olub ki, heç fəxri adları olmayıb, amma onlar fəxri adsız da bizim üçün xalq artistidir. Mən də bu sənətdə əmək vermişəm, 21 ildir ki, teatrda işləyirəm. Desəm ki, fəxri ad gözləmirəm, bu yalan olar. Yəqin ki, qismət olar bir gün da olar inşallah" deyə aktrisa bildirib.
 
Aktrisa fiziki məhdudiyyətli uşaqlarla birgə oynadığı "Solğun sevgilər" tamaşasından da danışıb.
 
"Səidə Haqverdiyevanın yaratdığı müstəqil teatr olan "Oyun"-da "Solğun sevgilər" adlı yeni tamaşamızı nümayiş etdirdik. Tərəf müqabillərim həm fiziki məhdudiyyətli uşaqlar idi, həm də bir neçə sənət yoldaşımız. Bu əsər Cəfər Cabbarlının "Solğun çiçəklər" əsəri əsasında səhnələşdirilib. Tamaşa DOST inklüziv mərkəzində göstərildi, növbəti nümayiş isə martın 12-də baş tutacaq. Həmin uşaqlarla səhnəni bölüşmək çox gözəl bir hissdir. Onlar da artıq cəmiyyətə inteqrasiya ediblər, əvvəl isə çox çətin idi, özlərinə qapanırdılar. Hamı fiziki məhdudiyyətli ola bilər, onlar da bizlərdən, biz də onlardan biriyik. Heç kim həyatdan sığortalanmayıb" deyə aktrisa bildirib.


Etiketlər:  Həmin xalq artisti dayanmadan dəfə mənə sillə vurdu dedim sizə ayıb olsun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ