Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynada insanların sığındığı metronu partlatmaq istəyən diversant saxlanıldı

Ukraynada insanların sığındığı metronu partlatmaq istəyən diversant saxlanıldı

Tarix: 5 Mart 2022 10:44

Martın 4-də axşam saatlarında Ukraynanın paytaxtı Kiyev şəhərindəki metrostansiyaların birində üzərində əl qumbaraları ilə dolu yük olan şəxs saxlanılıb.

Milli.Az "report"-a istinadən bildirir ki, hadisə paytaxtın Darnitsa rayonunda yerləşən "Slavutiç" metrostansiyasında qeydə alınıb.

Belə ki, stansiyada saxlanılan şübhəli şəxsin gizli şəkildə Belarusdan keçərək Ukrayna ərazisinə daxil olan diversant olduğu müəyyənləşib.

Həmin şəxs yerli polis tərəfindən dərhal tərksilah edilib.

Qeyd edək ki, həmin stansiya Ukraynadakı vəziyyətlə əlaqədar sığınacaq kimi istifadə edilir.

Milli.Az


Etiketlər:  Ukraynada insanların sığındığı metronu partlatmaq istəyən diversant saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ