Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polşa Ukraynaya “MİQ-29”-ları verəcəkmi?

Polşa Ukraynaya “MİQ-29”-ları verəcəkmi?

Tarix: 6 Mart 2022 19:40

Polşa Silahlı Qüvvələrinin sərəncamında olan sovet istehsalı "MİQ-29" qırıcı təyyarələri Ukraynaya göndərilməyəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə bu gün Polşa Baş nazirinin ofisi rəsmi "Tvitter" səhifəsində paylaşım edib.

Eyni zamanda Polşanın aerodromlarından Ukraynanın istifadə etməsinə də icazə verməyəcəyi vurğulanıb. Qeyd edilib ki, Polşa Ukraynaya digər sahələrdə yardım edir.

Baş nazirin ofisinin paylaşımında Polşa Baş Qərargahının bütün MİQ-29 təyyarələrinin hazırda ölkənin hərbi bazalarında olduğu barədə məlumatına da istinad verilib.

Qeyd edək ki, bundan əvvəl bir sıra Qərb KİV-lərində Polşanın Ukraynaya "MİQ-29" qırıcı təyyarələrini verəcəyi, əvəzində ABŞ-dan "F-16" tipli təyyarələr alacağı barədə məlumat yayılıb. Bu gün Moldovada səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken də mətbuat konfransında demişdi ki, Vaşinqton və Varşava Polşanın Ukraynaya təqdim edə biləcəyi "MİQ-29"-larla bağlı aktiv danışıqlar aparır, ancaq bununla bağlı hər hansı plan hazırlanmayıb, müddət müəyyənləşməyib.

Milli.Az


Etiketlər:  Polşa Ukraynaya MİQ ları verəcəkmi


RƏYLƏR