Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2022 22:36
ABŞ dövlət katibi Entoni Blinken Polşanın Ukraynaya döyüş təyyarələri göndərmək planlarına ölkəsi tərəfindən razılıq aldığını və Bayden administrasiyasının bu ehtiyacları ödəməyə çalışacağını bildirib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə dövlət katibi CBS telekanalının efirində deyib.
ABŞ rəsmisi NATO üzvü olan Polşanın Ukraynaya döyüş təyyarələri verə biləcəyi ilə bağlı suala "buna yaşıl işıq yanıb", - deyə cavab verib.
"Döyüş təyyarələrinin ukraynalılara verilməsi və onların yanacaq məsələsi haqqında polşalı dostlarımızla danışıq aparırıq", - deyə Blinken əlavə edib.
Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken Ukrayna ilə cənub-şərqindən qonşu olan Moldovadadır.