Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Barselona”dan Messiyə ömürlük müqavilə

“Barselona”dan Messiyə ömürlük müqavilə

Tarix: 8 Sentyabr 2019 15:52

“Barselona” 2021-ci ili yayında klubla müqavilə müddəti başa çatacaq Lionel Messi ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Qol.az “Mundo Deportivo”ya istinadla yazır ki, Kataloniya təmsilçisi 32 yaşlı argentinalıya ömürlük müqavilə təklif edəcək. Tərəflərin bununla bağlı yaxın vaxtlarda aktiv danışıqlara başlayacağı bildirilir.

Qeyd edək ki, Messinin hazırkı müqaviləsindəki bir bəndə əsasən, futbolçunun hər il iyunun 30-da anlaşmanı birtərəfli pozmaq hüququ var.

 


Etiketlər:  Barselonadan Messiyə ömürlük müqavilə


RƏYLƏR