Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2022 18:36
Rusiya Dövlət Akademik Böyük Teatrının musiqi direktoru və baş dirijoru Tuqan Soxiyev vəzifəsindən ayrılıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, o, bu barədə bəyanat yayaraq qərarının dünyadaki vəziyyətlə əlaqəli olduğunu bildirib:
"Ən əsası deməliyəm ki, heç vaxt münaqişələrin tərəfdarı olmamışam. Onları heç bir formada, təzahürdə qəbul etmirəm. Hər hansı bir şəxsin sülhə olan bağlılığımı şübhə altına alması və bir musiqiçi kimi planetimizdə sülhdən başqa nəyinsə tərəfdarı ola biləcəyimi düşünməsi təəccüblü və təhqiredicidir,
Son bir neçə gündə həyatımda heç vaxt görməyəcəyimi düşündüyüm şeylərin şahidi oldum. Bu gün Avropada məni seçim etməyə məcbur edirlər və musiqi ailəmin bir üzvünü digərinə üstün tutmağa məcbur edirlər. Məni iki mədəniyyət arasında seçim etməyə təşviq edirlər. Tezliklə məndən Çaykovski, Stravinski, Şostakoviç və Bethoven, Brahms, Debüssi arasında seçim etməyi tələb edəcəklər".
Dirijor vurğulayıb ki, o, artıq həmkarlarının hədələnməsinə və onlara qarşı yönəlmiş hörmətsiz davranışlara, sanksiya qurbanına çevrilmələrinə baxa bilmir:
"Biz musiqiçilər, İkinci Dünya Müharibəsində bəşəriyyətin başına gətirilən dəhşətləri Şostakoviçin musiqisi ilə xatırlamağa çağırırıq. Biz sülh elçiləriyik. Avropada bizdən və musiqimizdən millətləri, insanları birləşdirmək üçün istifadə etmək əvəzinə, parçalamağa, kənarlaşdırmağa çalışırlar".
Soxiyev sonda seçim edə bilmədiyi üçün işdən çıxdığını əlavə edib.
Eyni zamanda, "Bolşoy teatr" da Soxiyevin işdən ayrıldığını təsdiqləyib. Bu barədə teatrın direktoru Vladimir Urin "TASS"a açıqlamasında bildirib.