Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Elə bil dəşhətli yuxudur'' - vətənindən danışan Şevçenko ağladı - VİDEO

''Elə bil dəşhətli yuxudur'' - vətənindən danışan Şevçenko ağladı - VİDEO

Tarix: 8 Mart 2022 09:54

Ukraynanın futbol üzrə yığma komandasının sabiq baş məqçisi, dünyanın ən məşhur futbolçularından olmuş Andrey Şevçenko ölkəsindəki vəziyyətdən danışanda göz yaşlarını saxlaya bilməyib.

Sonxeber.net bildirir ki, o, İtaliyanın RAİ3 dövlət telekanalına verdiyi müsahibəsində deyib: "Baş verənləri mənə yaxınlarım danışır.

Elə bil oyanmaq istədiyim dəhşətli yuxudur.

Şəhərlər bombalanır, evini tərk edə bilməyən uşaqlar və qocalar öldürülür.

Bu, pis yuxu kimidir, düşünürsən ki, sabah oyanıb normal vəziyyətə qayıdacağam, amma bunun olmayacağını anlayıram... Reallıq budur. Ukrayna Avropanın bir hissəsi olmaq istəyir.

Bu, xalqımızın seçimi idi.  Zelenski - bizi azadlığımıza və müstəqilliyimizə aparan böyük prezidentdir".


Etiketlər:  Elə dəşhətli yuxudur vətənindən danışan Şevçenko ağladı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ