Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynada qəribə olay: Maradona döyməsi həyatlarını xilas etdi

Ukraynada qəribə olay: Maradona döyməsi həyatlarını xilas etdi

Tarix: 8 Mart 2022 11:06

Rusiyanın işğalı başlayandan sonra Ukraynaya yollanan iki çilili jurnalist maraqlı təsadüf nəticəsində və mərhum Dieqo Armando Maradonanın sayəsində həbsdən xilas ola bilib.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, "Chilevision TV"də çalışan jurnalist Daniel Matamala casusluqda şübhəli bilinərək Ukrayna əsgərləri tərəfindən saxlanılıb.

O, yaşadıqlarını belə çatdırıb: "Bu gün bizi Ukrayna ordusu saxladı. Onlar bizi həbs etmək qərarına gəldilər. Mobil telefonlarımızı, pasportlarımızı, kameralarımızı, avadanlıqlarımızı götürüb apardılar. Nə qədər casus olmadığımızı bildirsək də, qulaq asmadılar. Onlar hamıdan şübhələnirlər. Onlar ingilis dilini yaxşı bilmirdilər, bu, problem idi. Bununla belə, təsadüf nəticəsində və futbolun sayəsində xilas ola bildik. Futbolun bütün sərhədləri aşdığına bir daha şahid olduq. Əsgərlərdən biri Argentina pasportumu görüb mənə "Messi və Maradona" dedi. Bununla hər şey dəyişdi. Operator həmkarım Xuan Zamudio da Maradonanın adının çəkildiyini eşitdiyi üçün işə qarışdı. O, ayağındakı Maradonanın şəkli olan döyməni göstərdi və atmosfer tamamilə dəyişdi. "Allahın əli" və futbol tanrısının sayəsində oradan heç bir problem olmadan çıxdıq".

Milli.Az


Etiketlər:  Ukraynada qəribə olay Maradona döyməsi həyatlarını xilas etdi


RƏYLƏR