Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2022 13:20
Türkiyəli aktrisa Ezgi Mola imicində dəyişiklik edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktrisa uzun saçlarını qısa kəsdirib. O, bu dəyişikliyi rol aldığı "Masumlar apartmanı" serialındakı "Safiye" obrazına görə edib. Ezgi serialda saçlarını kəsdiyi səhnədə parik taxmaq istəməyib, öz saçını kəsəcəyini bildirib.
Bu barədə danışan aktrisa "Safiye oynamaqdan həzz aldığım obrazdır. Xarakterin hissini daha yaxşı ötürmək üçün bu səhnədə bunu etməliyəm deyə düşündüm. Yaxşı ki, belə oldu və mən öz saçlarımı kəsdim" deyə, bildirib.
Aktrisanın bu addımı sosial şəbəkədə rəğbətlə qarşılanıb. İzləyicilər qısa saçın da ona yaraşdığını qeyd ediblər.