Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İndiyədək münaqişədə 50-dən çox uşaq həlak olub'' - Zelenski

''İndiyədək münaqişədə 50-dən çox uşaq həlak olub'' - Zelenski

Tarix: 8 Mart 2022 22:06

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniya Parlamentinin İcmalar Palatasının sessiyası zamanı deputatlara müraciət edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, o təslim olmayacaqlarını və sona qədər mübarizə aparacaqlarını bildirib.

"Böyük Britaniyanın artıq eşitdiyi və vacib olan sözləri bir daha xatırlatmaq istərdim. Biz təslim olmayacağıq və uduzmayacağıq, sona qədər mübarizə aparacağıq, dənizdə və havada nəyin bahasına olursa olsun torpağımız üçün mübarizəmizi davam etdirəcəyik",- deyə Zelenski Uinston Çörçilldən sitat gətirib.

O, Mariupoldakı vəziyyətdən danışarkən əraziyə heç bir yemək və suyun buraxılmadığını və insanların panikaya düşdüklərini bildirib.

Ukrayna Prezidenti əlavə edib ki, indiyədək münaqişədə 50-dən çox uşaq həlak olub.

V.Zelenski daha sonra Boris Consondan Rusiyaya sanksiyaları artırmağı istəyib.

Prezident çıxışı zamanı Rusiyanın Avropanın ən böyük Atom Elektrik Stansiyasına hücumunu xatırladıb.

Qeyd edək ki, Böyük Britaniya Parlamentində ilk dəfədir ki, xarici lider parlament üzvləri qarşısında çıxış edir.

Milli.Az


Etiketlər:  İndiyədək münaqişədə dən çox uşaq həlak olub Zelenski


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ