Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arayik 44 günlük müharibədəki məğlubiyyətin səbəblərindən danışdı

Arayik 44 günlük müharibədəki məğlubiyyətin səbəblərindən danışdı

Tarix: 9 Mart 2022 18:54

Qarabağdakı erməni separatçılarının başçısı Arayik Arutyunyan 2020-ci ilin payızında baş vermiş 44 günlük müharibə ilə bağlı yeni açıqlamalar verib.

Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, Xankəndidə erməni ziyalılarının nümayəndələri ilə görüşən A.Arutyunyan ermənilərin ilk növbədə "demoqrafik müharibə"də uduzduğunu vurğulayıb.

O iddia edib ki, əgər Qarabağda ermənilərin sayı 250-300 min nəfər olsaydı, o zaman müharibədə məğlubiyyət olmazdı.

Digər problem kimi o, Ermənistan ordusunun silah arsenalının modernləşdirilməsi baxımından geri qalmasını qeyd edib.

Arutyunyan deyib ki, onun özü artıq oktyabrın 3-də, yəni müharibə başlayandan bir həftə sonra anlayıb ki, erməni tərəfi uduzacaq.

Separatçıların başçısı onu da bildirib ki, 44 günlük müharibə günlərində iki nəfərin davranışı onun xüsusilə xoşuna gəlib. Bu şəxslərdən biri sona qədər onun yanında olan və bütün xahişlərini yerinə yetirən Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyandır. Ohanyan o vaxt Şuşada olub, döyüşlərdə iştirak edib, sonra bir neçə gün ondan xəbər olmayıb, generalın əsir düşdüyü haqda xəbərlər yayılıb. Bu söz-söhbətlər Arutyunyana çatanda o, göz yaşlarına boğulub. Sonradan keçmiş nazirlə bağlı xəbər təsdiqlənməyəndə isə sevinib.

İkinci təqdirəlayiq şəxs kimi Arutyunyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, indi isə İstintaq Komitəsinin sədri olan Argişti Kyaramyanın adını çəkib.

A.Arutyunyan Kyaramyanın Şuşadan pulla dolu inkassator maşını ilə çıxdığı barədə yayılan xəbərləri spekulyasiya adlandırıb. Onun sözlərinə görə, pullar şəhər uğrunda döyüşlərdən xeyli əvvəl Şuşadan çıxarılıb.


Etiketlər:  Arayik günlük müharibədəki məğlubiyyətin səbəblərindən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ