Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2022 23:40
Portuqaliyada ukraynalı qaçqınlar üçün şirkətlərdən gələn iş təkliflərinin toplanması məqsədilə fevralın 28-də yaradılan Məşğulluq və Peşə Təhsili İnstitutunun (IEFP) platformasına indiyədək 13 min 600 vakansiya təqdim olunub.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, Portuqaliyanın əmək, həmrəylik və sosial təminat naziri Ana Mendeş Qodinyo vakansiyaların əsasən texnologiya, turizm (restoran və otellər), sosial xidmətlər, nəqliyyat (sürücülər) və tikinti sahələrinə aid olduğunu bildirib.
BMT-nin məlumatına görə, Ukraynadakı münaqişə nəticəsində 1,5 milyondan çox insan ölkəni tərk edib.