Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2022 09:00
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası Ukraynaya Rapid Financing Instrument (RFI) fövqəladə dəstək proqramı çərçivəsində 1,4 milyard dollar məbləğində əlavə maliyyə vəsaitinin ayrılması qərarını təsdiqləyib.
Bu barədə Ukrayna Milli Bankının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, RFI proqramı çərçivəsində alınan vəsaitlər dövlət büdcəsinin prioritet xərclərinin maliyyələşdirilməsinə və Ukraynanın tədiyə balansını qorunmasına kömək edəcək.
"Müraciətimizə çevik reaksiya verdiyinə görə Fonda minnətdarlığımızı bildirir və vəsaitin qəbulu ilə bağlı bütün prosedurların tezliklə başa çatacağına ümid edirik. Ölkəmiz üçün belə çətin bir zamanda beynəlxalq tərəfdaşların təcili dəstəyi son dərəcə vacibdir", - Ukrayna Milli Bankının başçısı Kiril Şevçenko vurğulayıb.