Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2022 14:24
Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar nəticəsində yaranmış situasiya postsovet məkanında bəzən absurd situasiyanın formalaşmasına rəvac verir.
Sonxeber.net 24kg-a istinadən bildirir ki, Qırğızıstanın Joqorku Geneşinin (ölkə parlamenti) deputatı Nurlan Şakiyev Rusiyadan miqrantları Qırğızıstanın tikinti sektorunda işləməyə çağırmağı təklif edib.
"Ölkədəki inşaat meydançalarında qonşu ölkələrin vətəndaşları çalışırlar. İndi Rusiya Federasiyasında çoxlu insan işsiz qalıb. Onları ölkəmizdə tikintilərə dəvət edə bilərik. Dövlət qurumları bu işlə məşğul olmalıdır. Eyni zamanda, Rusiyada olan qırğız miqrantların da geriyə dönərək burada işlə təmin edilməsinə yardım edilməlidir", - N.Şakiyev deyib.