Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynada Rusiya vətəndaşlarının əmlakı zorla ələ keçiriləcək - Zelenski qanun imzaladı

Ukraynada Rusiya vətəndaşlarının əmlakı zorla ələ keçiriləcək - Zelenski qanun imzaladı

Tarix: 10 Mart 2022 19:04

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada Rusiyanın və onun sakinlərinin əmlakının dəyərinə görə heç bir kompensasiya alınmadan məcburi həbs edilməsini nəzərdə tutan qanunu imzalayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının mətbuat xidməti məlumat yayıb.

Bu qanun Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamış bir dövlət kimi Rusiya Federasiyasının mülkiyyət hüququ obyektlərinin sosial zərurətdən (o cümlədən hərbi zərurətlə bağlı təcili tələb olunduğu hallarda) məcburi zəbt edilməsinin hüquqi əsaslarını müəyyən edir.

Qanuna görə, Ukraynada Rusiyanın və onun rezidentlərinin mülkiyyət hüquqları obyektlərinin məcburi zəbt edilməsi, Rusiyanın başlatdığı və davam edən genişmiqyaslı təcavüzkar müharibəni nəzərə alaraq, onların dəyərinin heç bir əvəzi ödənilmədən (ödənişsiz) həyata keçirilir.

Milli.Az


Etiketlər:  Ukraynada Rusiya vətəndaşlarının əmlakı zorla ələ keçiriləcək Zelenski qanun imzaladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ