Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada həbs olunan basketbolçunun həbsxanadan FOTOsu yayıldı

Rusiyada həbs olunan basketbolçunun həbsxanadan FOTOsu yayıldı

Tarix: 10 Mart 2022 20:06

Keçən həftə Rusiya hökuməti tərəfindən narkotik ittihamı ilə saxlanılan NBA oyunçusu Britni Qrinerin həbxanadan fotosu yayılıb.

Sonxeber.net qaynarinfo-ya istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun meneceri Lindsi Kaqava Kolas mövzu ilə bağlı açıqlama verib. "Biz Britni Qrinerin Rusiyadakı vəziyyətindən xəbərdarıq. Onun Rusiyadakı qanuni nümayəndəsi, ailəsi, komandaları, WNBA və NBA ilə sıx əlaqə saxlayırıq. İşin təfərrüatları barədə əlavə şərh verə bilmərik. Onun evə qayıtması üçün hüquqi məsələləri davam etdirirk. Qrinerin psixi və fiziki sağlamlığı əsas qayğımızdır".

Vəkillər Brittney Grineri azad etmək və onu Rusiyadan çıxarmaq üçün bir yol axtararkən, ailəsi ABŞ-a gələcək xoş xəbəri gözləyir. Ulduz basketbolçunun həyat yoldaşı Çerelle Qriner sosial şəbəkədə vəziyyətlə bağlı emosional paylaşım edib: "Səni sevirik. Bu ağrını ifadə etməyə söz yoxdur. Acıyır, ağrıyırıq. Səni bir ailə olaraq qucaqlaya biləcəyimiz günü səbirsizliklə gözləyirik".

Ötən ay paytaxt Moskvanın Şeremetyevo hava limanında aparılan axtarış zamanı Rusiya Federal Gömrük Xidməti tərəfindən Grinerin çantasında narkotik vasitə tapıldığı açıqlanıb. Bildirilib ki, basketbolçunu 10 ilədək həbs cəzası gözləyir.


Etiketlər:  Rusiyada həbs olunan basketbolçunun həbsxanadan FOTOsu yayıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ