Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xarkovda yaşayış binasına mərmi düşdü - Ölən var

Xarkovda yaşayış binasına mərmi düşdü - Ölən var

Tarix: 11 Mart 2022 14:54

Milli.Az UNİAN-a istinadən bildirir ki, Xarkovun Əmək Qəhrəmanları küçəsindəki hündürmərtəbəli bina vurulub.

Mənzildə olan qadın dünyasını dəyişib.

Bundan əvvəl şəhərin meri İqor Terexov Rusiya ordusunun şəhərdə 400 çoxmərtəbəli yaşayış binasını yerlə-yeksan etdiyini bildirmişdi:

"Bir çoxları harada yaşayacağımızı soruşur. Vəziyyət çox çətindir. Artıq insanları hara yerləşdirəcəyimizi düşünürük. Artıq 400 çoxmərtəbəli bina düşmən ordusu tərəfindən dağıdılıb".

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Xarkovda yaşayış binasına mərmi düşdü Ölən var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ