Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2022 20:20
Ukrayna İqtisadiyyat Nazirliyi digər ölkələrin hökumətləri ilə birlikdə Rusiyanın təcavüzündən itkiləri kompensasiya etmək üçün Rusiya Mərkəzi Bankının həbs edilmiş qızıl-valyuta ehtiyatlarının 415 milyard dollar həcmində Ukraynaya ötürülməsi mexanizmini axtarır.
Sonxeber.net UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın İqtisadiyyat nazirinin birinci müavini Denis Kudin ümummilli televiziya verilişi zamanı bildirib.
"Qərb hökumətləri artıq Rusiya Federasiyası Mərkəzi Bankının qızıl-valyuta ehtiyatlarına həbs qoyublar - 415 milyard dollar. Bu məbləğ, demək olar ki, birbaşa birdəfəlik itkiləri ödəməyə kifayət edir. Biz gözləyirik ki, yaxın gələcəkdə hökumətlərlə birlikdə bu pulun bərpa və kompensasiya üçün Ukraynaya necə gələ biləcəyi ilə bağlı hüquqi mexanizm tapaq", - Kudin bildirib.
Aslan Məmmədov