Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyalı ulduzlar instaqramla kədərlə vidalaşır - FOTOlar

Rusiyalı ulduzlar instaqramla kədərlə vidalaşır - FOTOlar

Tarix: 12 Mart 2022 18:06

Xəbər verdiyimiz kimi, martın 14-dən Rusiya ərazisində instaqram sosial şəbəkəsinə giriş bloklanacaq. Bu məhdudiyyəti tətbiq edən Roskomnadzor (Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti) belə bir qərar verməsinə səbəb platformanın sahibi olan Amerikanın Meta (keçmiş Facebook) şirkətinin platformada ruslara qarşı zorakılıq çağırışları ilə bağlı yazıların dərcinə icazə verməsi olub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rusiyalı ulduz müğənni, aparıcı, bloqer və mədəniyyət nümayəndələri sözügedən qərarı narahatlıqla qarşılayıblar. Belə ki, instaqram sosial şəbəkəsi ulduzların reklam gəlirləri üçün əsas platforma rolunu oynayır. 

Qərar açıqlandıqdan sonra, milyonlarla izləyiciləri olan ulduzlar öz hesablarında sevənləri ilə vidalaşmağa başlayıb, pərəstişkarlarını digər əlçatan platformalara dəvət ediblər. Bəzi bloqerlər bu qərarı hətta ağlayaraq paylaşıb. Məşhurların ən çox üz tutduğu sosial şəbəkə isə teleqram və "vkontakte" olub. 

Bu məşhurlar sırasında məşhur rusiyalı teleaparıcı və müğənni Olqa Buzova, bloqer Oksana Samoylova, prodüser Yana Rudkovskaya, müğənni Dima Bilan, bloqer Nastya İvleeva, tiktoker Danya Miloxin, jurnalist, siyasətçi və aktrisa Kseniya Sobçak, ukraynalı müğənni Anna Sedokova, aktyor Aleksandr Oleşko da var. 

Azərbaycanlı opera müğənnisi, Azərbaycanın Xalq artisti Yusif Eyvazov da öz feysbuk hesabında pərəstişkarlarına müraciət edib və onları teleqram kanalına dəvət edib. Eyni zamanda əslən azərbaycanlı olan məşhur bloqer Hüseyn Həsənov da bu xəbərdən təəssüfləndiyini bildirib. 

Milli.Az


Etiketlər:  Rusiyalı ulduzlar instaqramla kədərlə vidalaşır FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ