Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Minlərlə rusiyalı turist Tailanddan qayıda bilmir

Minlərlə rusiyalı turist Tailanddan  qayıda bilmir

Tarix: 13 Mart 2022 23:46

Tailanddakı rus turistlər sanksiyaya görə vətənə qayıda bilmirlər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Tailannda karantin təbirləri yumşaldılandan sonra rusiyalı turistlər bu ölkəyə axın edib.

Ukrayna münaqişəsinə görə tətbiq edilmiş sanksiyalar nəticəsində Rusiyanın beyləxalq hava əlaqələri kəsilib. Tailand Turizm Agentliyinin məlumatına görə, ayrı-ayrı turizm zonalarındakı 5100-dən çox Rusiya vətəndaşı ölkəyə qayıtmağa çalışır. Hazırda Rusiya tərəfi ilə xüsusi reyslər ayrılması üçün danışıq aparılır. Dövlət qurumları Yaxın Şərq ölkələrindən birinə xüsusi reyslər həyata keçirməyi təklif ediblər.

Rusiya vətəndaşları üçün digər problem Visa və Mastercard sistemli bank kartlarının işləməməsidir.

Milli.Az


Etiketlər:  Minlərlə rusiyalı turist Tailanddan qayıda bilmir


RƏYLƏR