Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Volodimir Zelenski NATO-ya xəbərdarlıq etdi

Volodimir Zelenski NATO-ya xəbərdarlıq etdi

Tarix: 14 Mart 2022 10:48

Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq ictimaiyyətə müraciət edib.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, o, Qərb dövlətlərindən Ukraynanın hava məkanını bağlamağı tələb edib.

"Əgər NATO Ukrayna səmasını bağlamasa, Rusiya raketləri Alyans ölkələrinin vətəndaşlarının evlərinə də düşəcək. Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinin atəşə tutulması nəticəsində 35 nəfər həlak olub, daha 134 nəfər yaralanıb. NATO sərhədləri oradan cəmi 20 km məsafədədir", - V.Zelenski bildirib.

O, keçən il NATO-ya etdiyi xəbərdarlığı xatırladıb: "Biz demişdik ki, NATO sərt addımlar atmasa, Rusiya müharibəyə başlayacaq. Biz haqlı idik. İndi isə deyirəm ki, Ukrayna hava məkanını bağlamasanız, raketlər NATO ölkələrini hədəf alacaq. Bu, an məsələsidir".

Dövlət başçısı Ukraynanın ölkə tarixinin ən ağır sınağından keçdiyini və qələbəyə inandığını vurğulayıb: "Nümayəndə heyətimizin konkret vəzifəsi var- prezidentlər səviyyəsində görüşün baş tutmasını təmin etmək".


Etiketlər:  Volodimir Zelenski NATO xəbərdarlıq etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ