Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Forum elitar siyasi diskussiya platformasına çevrilə bilib - Sevil Mikayılova

Forum elitar siyasi diskussiya platformasına çevrilə bilib - Sevil Mikayılova

Tarix: 14 Mart 2022 16:03

"Antalya Diplomatiya Forumu öz məqsəd və mahiyyətinə görə çox yaddaqalan oldu. Üç gün davam edən Forumda 17 dövlət və hökumət başçısı, 80 nazir olmaqla 75 ölkədən nümayəndələr iştirak ediblər. Bundan başqa, NATO və ATƏT də daxil olmaqla 39 beynəlxalq və regional təşkilatın təmsilçiləri müzakirələrə qatılıblar".

Milli.Az bildirir ki, bu sözləri SİA-ya açıqlamasında deputat Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, Forum çərçivəsində qaldırılan məsələlər öz aktuallığı, miqyası və əhəmiyyəti ilə bütün dünyanın diqqətini özünə cəlb etdi, müzakirə dairəsi isə kifayət qədər geniş və məhsuldar oldu: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış nitqi və BMT-nin Baş katibi Antonio Quterreşin iştirakçılara videomüraciəti ilə start götürən Forum beynəlxalq əhəmiyyətli mövzular ətrafında müzakirələrlə zəngin olub. 3 gün ərzində məhsuldar fəaliyyəti ilə dünyanın diqqət mərkəzində olan Antalya Diplomatiya Forumu elitar siyasi diskussiya platformasına çevrilə bilib. Burada səsləndirilən məsələlər daha geniş debatların mövzusu olub. Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirlərinin martın 10-da keçirdikləri Antalya görüşü Forumda yaddaqalan ən ciddi hadisələrdən biri kimi tarixə düşüb.

Antalya Diplomatiya Forumunda Azərbaycan geniş nümayəndə heyəti ilə iştirak edib, ölkəmizin mövqeyini iştirakçılarla bölüşüblər. Azərbaycan həqiqətlərinin çatdırılması, regional və qlobal müstəvidə yeni münasibətlər formalaşdırmaq baxımından çoxsaylı yüksək səviyyəli görülərin keçirilməsi xüsusi ilə faydalı olub".

Milli.Az


Etiketlər:  Forum elitar siyasi diskussiya platformasına çevrilə bilib Sevil Mikayılova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ