Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2022 17:06
560-dan çox ailənin yaşadığı Oğuz rayonunun Padar kəndinin əksər hissələrində içməli su problemi var.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər ayrı-ayrı məhəllələrdə qazılmış artezian quyularından istifadə edirlər.
Onların sözlərinə görə, quyulardan çıxan su lilli və palçıqlı olduğundan içməyə yaramır.
Sakinlər təmiz suyu əsasən qonşu kəndlərdən gətirirlər.
Məsələ ilə bağlı 6 saylı Regional Sukanal İdarəsindən bildirilib ki, hazırda kəndlərin su təchizatı sistemi yenidən qurulur və bu, növbəlilik prinsipi əsasında həyata keçirilir. Qarşıdakı dövrdə Padar kəndində də layihə həyata keçiriləcək və çətinliklər aradan qaldırılacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: