Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyaya görə Çin də cəzalana bilər

Rusiyaya görə Çin də cəzalana bilər

Tarix: 15 Mart 2022 08:45

ABŞ Dövlət Departamenti Rusiya ilə əməkdaşlığa görə Çinə qarşı mümkün sanksiyaları inkar etməyib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, jurnalistlər üçün keçirdiyi brifinqdə Amerika Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ned Prays Moskvaya dəstək verdiyinə görə Vaşinqtonun Pekinə qarşı sanksiyalar tətbiq edib-etməyəcəyi ilə bağlı suala belə cavab verib:

"Biz bunun nə ilə nəticələnə biləcəyini açıqlamaq fikrində deyilik. Aydındır ki, hazırda biz belə bir ehtimalı nəzərdən keçirmək istəmirik", - deyə diplomat bildirib.

Ned Prays bildirib ki, iki ölkə arasında əməkdaşlığın gələcəkdə hansı səviyyədə olması sual doğurur.


Etiketlər:  Rusiyaya görə Çin cəzalana bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ