Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya-Ukrayna müharibəsi BU TARİXDƏ bitəcək - Prezident Ofisi rəhbərinin müşaviri vaxtı dedi

Rusiya-Ukrayna müharibəsi BU TARİXDƏ bitəcək - Prezident Ofisi rəhbərinin müşaviri vaxtı dedi

Tarix: 15 Mart 2022 09:44

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib ki, Rusiya ilə sülh sazişi azı bir və ya iki həftə ərzində, ən geci isə mayda bağlana bilər.

Bu barədə Sonxeber.net "Report"a istinadən xəbər verir.

"Hazırda vəziyyət pisdir, indi və ya bir-iki həftə ərzində tez bir zamanda qoşunların çıxarılması ilə sülh razılaşması olacaq, qalan hər şeylə yaxın gələcəkdə razılaşacağıq - bir və ya iki həftə və ya mayın sonunadək ola bilər, növbəti raunddan sonra", - O.Arestoviç bildirib.

Qeyd edək ki, martın 14-də Rusiya və Ukrayna arasında onlayn danışıqların dördüncü raundu başlayıb. Lakin sonra Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiya ilə danışıqlarda martın 15-dək texniki fasilə verildiyini bildirib.

Artıq Rusiya və Ukrayna tərəfləri arasında danışıqların üç raundu keçirilib. Son görüşdən sonra Ukrayna tərəfi bəyan edib ki, humanitar dəhlizlər məsələsində müsbət irəliləyişlər var, lakin hələlik Ukraynada vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq heç bir nəticə yoxdur. Öz növbəsində Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə danışıqların növbəti raundundan gözləntilərin özünü doğrultmadığını qeyd edib.


Etiketlər:  Rusiya Ukrayna müharibəsi TARİXDƏ bitəcək Prezident Ofisi rəhbərinin müşaviri vaxtı dedi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ