Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xarkovda yaralanan TIR sürücüsü Azərbaycana nə vaxt təxliyə ediləcək? - VİDEO

Xarkovda yaralanan TIR sürücüsü Azərbaycana nə vaxt təxliyə ediləcək? - VİDEO

Tarix: 16 Mart 2022 13:50

Azərbaycanlı TIR sürücüsü Yusif Bayramov Ukraynanın Xarkov şəhərində baş verən atışma zamanı yaralanıb. Güllə yarası alan həmyerlimizin vəziyyəti günü-gündən pisləşir.

Milli.Az Xəzər TV-yə istinadənn xəbər verir ki, Masallı rayonu, Ərkivan kənd sakini Yusif Bayramov deyir ki, yaralandıqdan sonra onu və digər yaralıları Xarkov şəhərində yerləşən 4 saylı təcili- tibbi yardım məntəqəsinə aparıblar. Artıq 10 gündən çoxdur ki, bu məntəqədə müalicə alır.

Yusif Bayramov bildirir ki, müharibə olduğundan məntəqədə dərman və digər tibbi ləvazimatlar çatışmır.

O, tezliklə bu ölkədən Azərbaycana təxliyə olunmağını istəyir.

Məsələ ilə bağlı Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının mətbuat katibi  Ruslan Eldaroğlu ''Xəzər Xəbər''ə bildirib ki, həm Yusif Bayramovun, həm də digər yaralanan tır sürücülərimizin ailələri ziyarət olunub.Onların qayğı və çətinlikləri ilə maraqlanılıb. Sürücülərin müalicəsi, onların təxliyə edilməsi istiqamətində görülən tədbirlərlə bağlı ailələrinə məlumat verilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, yaralı vəziyyətdə olan vətəndaşlarımızın təxliyəsi təhlükəlidir.Onların ilk növbədə müalicəsi olunmalı, sonra isə təxliyəsi həyata keçirilməlidir. Nazirlikdən həmçinin o da deyilib ki, sözügedən vətəndaşla Xarkovda olan fəxri konsulluğumuz əlaqə saxlayıb və onların ilkin ehtiyacları təmin olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Xarkovda yaralanan TIR sürücüsü Azərbaycana vaxt təxliyə ediləcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ