Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2022 14:12
Rusiya əsgərləri bir gün əvvəl tibb işçilərinin və şəhər sakinlərinin girov götürüldüyü Mariupol regional xəstəxanasından atəş açır.
Sonxeber.net UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini - müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib.
Onun sözlərinə görə, hazırda xəstəxanada 400-ə yaxın insan var. Girovlar arasında tibb işçiləri və şəhər sakinləri də var. Reanimasiya xəstəxanası martın 15-də rus əsgərləri tərəfindən zəbt edilib.
"İndi xəstəxanadan atəş açırlar. Bu, insanların humanitar dəhlizlərlə hərəkəti üçün böyük təhlükə yaradır", - Vereşçuk bildirib.
Həmçinin, Ukrayna martın 16-da evakuasiya dəhlizləri ilə bağlı Qırmızı Xaç Cəmiyyətindən cavab almayıb.
Xatırladaq ki, dünən 20 minə yaxın insan şəxsi avtomobilləri ilə humanitar dəhlizlə Mariupoldan çıxıb.
Aslan Məmmədov