Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistan və Rusiya baza valyutası kimi Çin yuanına keçə bilər

Hindistan və Rusiya baza valyutası kimi Çin yuanına keçə bilər

Tarix: 17 Mart 2022 08:12

"Hindistan Rusiyadan təxminən 15 milyon barrelə qədər xam neft idxal edə bilər".

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə "Business Standard"qəzeti etibarlı mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, sövdələşmənin rubl və ya rupi ilə həyata keçiriləcəyi ehtimal edilir.

Bu yaxınlarda Hindistanın neft və qaz naziri Hardeep Singh Puri bildirib ki, ölkəsi Rusiya ilə neftin alışı ilə bağlı müxtəlif məsələlər üzrə danışıqlar aparır.

Həmçinin məlum olub ki, Hindistan və Rusiya Federasiyası rupi-rubl sxemi üzrə ticarət hesablaşmalarında baza valyutası kimi Çin yuanına keçə bilər.


Etiketlər:  Hindistan Rusiya baza valyutası kimi Çin yuanına keçə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ