Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2022 15:10
Avroviziya-2022 təmsilçimiz Nadir Rüstəmli çıxış mahnımızın Roma imperatoru Qay Yuli Sezar haqda olacağı xəbərlərinə aydınlıq gətirib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə o, "12 xal"a danışıb.
Nadir "Agent 001" verilişində sənətlərlə bağlı söhbət edildiyini bildirib:
"Bir insanın müxtəlif peşələri icra etməsindən danışıldı. Mən də söylədim ki, həm aktyorluğu, həm də ifaçılığı da sevirəm. Aparıcı da dedi ki, insan bir sənətdə olar, çox işi necə əlində saxlaya bilərsən, sən Yuli Sezarsan? Söylədim ki, Sezar adını tarixə yazdıran şəxsiyyətdir. Nadir Rüstəmli də may ayında öz adını tarixə yazdıracaq. Bunu indi də söyləyirəm. Mən də bir az maraq qatmaq istəyirəm. Yenə də mahnı ilə əlaqəsi olub-olmadığını deməyəcəm".