Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2022 16:44
İspaniya hökuməti Rusiya vətəndaşları üçün investor vizalarının verilməsini dayandırır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, söhbət əcnəbi vətəndaşların böyük sərmayə, məsələn, dəyəri 500 min avrodan çox olan daşınmaz əmlakın alınması müqabilində ala biləcəyi "qızıl viza"dan gedir.
İspaniya Xarici İşlər Nazirliyi Xose Manuel Albares bildirib ki, Ukraynadakı vəziyyətlə əlaqədar rusiyalılara "qızıl viza"ların verilməsi müvəqqəti olaraq dayandırılıb.
Bundan başqa xüsusi əməliyyat başlamazdan əvvəl verilən müraciətlərə baxılması dayandırılıb.