Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Müdafiə Nazirliyi açıqlama yaydı: Yaxın vaxtlarda biz...

Rusiya Müdafiə Nazirliyi açıqlama yaydı: Yaxın vaxtlarda biz...

Tarix: 17 Mart 2022 23:32

Rusiya Silahlı Qüvvələri Ukraynada keçirdiyi xüsusi əməliyyat zamanı 181 təyyarə və helikopteri, həmçinin 172 pilotsuz uçuş aparatı məhv edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukraynanın 181 təyyarəsi və helikopteri, 172 pilotsuz uçuş aparatı, 170 zenit-raket kompleksi, 1379 tank və digər zirehli döyüş texnikası, 133 reaktiv yaylım atəş sistemi, 514 səhra artilleriya və minaatan qurğusu, o cümlədən 1168 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib.

İqor Konaşenkov həmçinin bildirib ki, Ukraynadan Böyük Britaniya və digər Avropa ölkələrinə külli miqdarda insan biomateriallarının aparılmasına dair yeni sənədlər təqdim ediləcək.

Milli.Az


Etiketlər:  Rusiya Müdafiə Nazirliyi açıqlama yaydı Yaxın vaxtlarda biz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ