Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya hərbçiləri dünyaca məşhur rəqqası öldürdülər

Rusiya hərbçiləri dünyaca məşhur rəqqası öldürdülər

Tarix: 17 Mart 2022 23:40

Ukrayna Milli Operasının balet rəqqası, dünyaca tanınan Artyem Datsişin bu gün xəstəxanada keçinib.

Sonxeber.net Ukrayna mediasına istinadən bildirir ki, 43 yaşlı rəqqas əslən Xerson şəhərindəndir. O, uzun illərdən bəri Ukrayfna Milli Operasının rəqs truppasının solisti olub, çoxsaylı beynəlxalq mükafatlar alıb.

A.Datsişinlə vida mərasimi sabah keçiriləcək və o, Kiyevdəki Baykovı qəbristanlığında dəfn olunacaq.

Kiyev şəhər merliyinin yaydığı rəsmi məlumata görə, məşhur rəqqas Ukrayna paytaxtının Rusiya qoşunları tərəfindən bombardmanlardan birində yaralanmışdı: "Rusiya hərbçiləri onu öldürdülər".


Etiketlər:  Rusiya hərbçiləri dünyaca məşhur rəqqası öldürdülər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ