Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bu, təkcə Ukraynaya qarşı müharibə deyil...” - Camala

“Bu, təkcə Ukraynaya qarşı müharibə deyil...” - Camala

Tarix: 19 Mart 2022 17:18

2016-cı ildə Avroviziya mahnı yarışmasında Sovet İttifaqı dövründə Stalinin törətdiyi zorakılıqlardan bəhs edən mahnısı ilə qalib gələn Camala Ukraynada müharibə başladıqdan sonra iki övladıyla İstanbula gedib.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, Camala bu haqda "Reuters" agentliyinə müsahibə verib. Onun oxuduğu mahnıda isə "əcnəbilər sizə gəlir, evinizə girirlər, hamınız öldürürlər və biz günahkar deyilik" sözləri diqqət çəkib. 

Camala Ukraynadan çıxdığı günü xatırlayarkən deyib ki, mən şokda idim, hər şey kabus kimi idi.

Əsl adı Susana Camaladinova olan 38 yaşlı müğənni iki övladı ilə Türkiyəyə qaçdığını, ərinin isə döyüşmək üçün Ukraynada qaldığını bildirib. Övladlarını narahat etməmək üçün maşın sürərkən mahnı oxuduğunu, yol boyu davamlı uğultu olduğunu deyən Camala atılan raketin də şahidi olduğunu bildirib. 

Camala müharibəylə bağlı isə bunları deyib:

"Məncə, biz hamımız eyni gəmidəyik. Bu, təkcə Ukraynaya qarşı müharibə deyil, bu, Avropa dəyərlərinə qarşı müharibədir. Ölkəmdə müharibə getdiyi üçün mahnı oxumağa həvəsim yox idi, amma indi bunu bacara biləcəyimi düşünürəm"-deyən Camala pul toplamağa və Ukraynaya kömək etməyə çalışacağını bildirib.

Milli.Az


Etiketlər:  təkcə Ukraynaya qarşı müharibə deyil Camala


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ