Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada 10 milyon insan qaçqın və köçkünə çevrilib

Ukraynada 10 milyon insan qaçqın və köçkünə çevrilib

Tarix: 20 Mart 2022 19:28

Ukraynada ən azı 10 milyon insan evini tərk edib, ölkəni tərk edərək qaçqına, yaxud ölkə daxilində köçkünə çevrilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə bu gün BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi "Tvitter"-də paylaşım edib.

Qeyd edilib ki, martın 19-dək Ukraynanı 3 389 044 insan tərk edib. Onlardan 2 050 392 nəfəri Polşaya, 527 247 nəfəri Rumıniyaya, 362 514 nəfəri Moldovaya, 305 518 nəfəri Macarıstana üz tutub.

Milli.Az


Etiketlər:  Ukraynada milyon insan qaçqın köçkünə çevrilib


RƏYLƏR