Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2022 21:14
Hindistanın Kerala ştatında futbol matçında stadionun tribunasının uçması nəticəsində 200-dən çox insan xəsarət alıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, onlardan beşi ağır yaralanıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, insident şənbə günü yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 19:30) Malappuram şəhərində baş verib.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisənin başqa təfərrüatları açıqlanmayıb.