Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2022 10:44
BMT Baş Assambleyasının Ukraynadakı vəziyyətlə bağlı xüsusi sessiyası gözlənildiyi kimi çərşənbə günü davam edəcək, həftənin sonuna qədər onun iştirakçıları humanitar vəziyyətlə bağlı qətnaməyə səs verəcəklər.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi TASS-a dünya təşkilatındakı mənbə bildirib.
"Ukraynadakı humanitar vəziyyətlə bağlı qətnamə üzrə səsvermənin BMT Baş Assambleyasının xüsusi sessiyasında keçirilməsi planlaşdırılır, bu, gözlənildiyi kimi, çərşənbə günü davam etdiriləcək", - mənbə bildirib.
BMT Baş Assambleyası Sədrinin Ofisi martın 23-də Ukrayna üzrə xüsusi sessiyanın davam olunacağını təsdiqləyib.