Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda koronavirusla bağlı bütün məhdudiyyətlər aradan qaldırılır

Gürcüstanda koronavirusla bağlı bütün məhdudiyyətlər aradan qaldırılır

Tarix: 22 Mart 2022 16:24

Gürcüstanda martın 28-dən etibarən ictimai nəqliyyat və qapalı məkanlarda qoruyucu maskadan istifadə istisna olmaqla, bütün məhdudiyyətlər aradan qaldırılacaq.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Qurumlarıarası Koordinasiya Şurasının Operativ Qərargahının rəhbəri Giorgi Qibradze brifinqdə bildirib.

Onun sözlərinə görə, ictimai iaşə obyektlərinə, eləcə də idman, incəsənət və digər tədbirlərlə bağlı say məhdudiyyətləri ləğv ediləcək.

Qərargah rəhbəri qeyd edib ki, distant qaydada çalışanlar işə dönə biləcəklər və PCR test olmadan Gürcüstana qayıdan ölkə vətəndaşları özünütəcrid öhdəliyindən azad olunacaqlar.


Etiketlər:  Gürcüstanda koronavirusla bağlı bütün məhdudiyyətlər aradan qaldırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ