Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Valideynlərini itirən Səlim 1 il sonra efirə çıxdı

Valideynlərini itirən Səlim 1 il sonra efirə çıxdı

Tarix: 23 Mart 2022 04:05

Əməkdar artist Səlim Abbasov valideynlərini itirdikdən sonra ilk dəfə efirə çıxıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, skripka ifaçısı bu haqda "Elgizlə izlə" proqramında danışıb. O bildirib ki, bir il heç bir dəvətə qatılmayıb:

"Heç kimə üç günün içində iki valideynini itirməyi arzulamıram. Bir ildir nə toya, nə efirə gedirəm. Həm valideynlərimə, həm şəhidlərimizə görə... İnsan dar gündə tanınar, amma bir çoxları yanımda olmadı. İnsanın gözü qapıda olur, həm sənətdə, həm televiziyadan dostlarım Allahın bir mesajın yazmadı, zəngin etmədi. Amma minə yaxın insan gəldi. Bu boyda sənət sahibi olasan, ancaq valideynlərini xilas edə bilməyəsən".

Qeyd edək ki, musiqiçinin valideynləri koronavirus infeksiyasına yoluxub və yerləşdirildikləri xəstəxanada vəfat edib. 

Milli.Az


Etiketlər:  Valideynlərini itirən Səlim sonra efirə çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ